Məhəmməd Məmmədli Eylatda körpücük üzərinə çıxdı

İsrailin Eylat şəhərində keçiriləcək yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatı bu gün start götürüb. Dekabrın 2-10-u tarixlərində davam edəcək yarışda Azərbaycan yığma komandası da iştirak edir. Təmsilçilərimizdən daha biri – Məmmədli Məhəmməd körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan atletlərin mübarizəsində 62 kq çəki dərəcəsində çıxış edib.
Atletimiz birdən qaldırma hərəkətində 110 kq, təkanla qaldırma hərəkətində isə 145 kq-ı ram edib.
Məmmədli 255 kq (110+145) nəticə ilə yekun sıralamada 8-ci yeri tutub.

Paylaş
Şərh yaz