29-30 noyabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kuboku start götürüb. Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayırlar. Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.
Kişilər bu dəfə 67 kq çəki dərəcəsində qalibləri müəyyən ediblər. Məmmədli Məhəmməd toplam 267 kq (116+151) nəticə ilə qızıl medala sahib çıxıb. Ondan cəmi 1 kq geri qalan Rüstəm Qasımov toplam 266 kq (120+146) nəticə ilə gümüş medal əldə edib. Fəxri kürsünün 3-cü pilləsinə isə toplam 255 kq (120+135) nəticə ilə Kənan Xəlilov qalxıb.
Təbrik edirik!
67 kq
N | Adı | İl | Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Məmmədli Məhəmməd | 1997 | İsmayıllı | Zirvə | 66.2 | 116 | 151 | 267 |
2. | Qasımov Rüstəm | 2002 | Lənkəran | Təhsil | 65.3 | 120 | 146 | 266 |
3. | Xəlilov Kənan | 1999 | Neftçala | Zirvə | 66.6 | 120 | 135 | 255 |
4. | Sahibov Həsənağa | 2002 | Qobustan | UGİM | 64.2 | 95 | 120 | 215 |
5. | Həsənov Ruslan | 2000 | Gəncə | Təhsil | 66.2 | 101 | 110 | 211 |
6. | Qarayev Nurlan | 2001 | Gəncə | Təhsil | 66.3 | 97 | 113 | 210 |
7. | Muxtarlı Novruz | 2002 | Sumqayıt | Təhsil | 65.4 | 91 | 117 | 208 |
8. | Ağayev Elvin | 2000 | Bakı | Spartak | 61.9 | 92 | 105 | 197 |
9. | Həsənov Nizami | 2001 | Gəncə | Təhsil | 66.0 | 92 | – | – |
10. | Qocayev Yaqub | 2001 | Qazax | UGİM | 61.4 | 82 | – | – |