19-30 avqust tarixlərində Tayvanın paytaxtı Taypey şəhərində XXIX Ümumdünya Yay Universiadası keçiriləcək. Yarışda 52 ölkədən 300-ə yaxın ağır atlet iştirak edəcək. Azərbaycan ağır atletika yığmasının iki üzvü də onların arasındadır.
Bu gün onlardan biri – Məhəmməd Məmmədli 62 kq çəki dərəcəsində körpücük üzərinə çıxıb.
Atletimiz birdən qaldırma hərəkətində 116 kq, təkanla qaldırmada isə 140 kq-ı ram edib. Toplam 256 kq (116+140) nəticə göstərən Məmmədli bu çəki dərəcəsində 7-ci yeri tutub.
Daha bir atletimiz – Azər Məmmədli avqustun 25-də +105 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.