Məktəblilər arasında ağırlıqqaldırma üzrə Respublika çempionatı keçirilib

 

24-25 may tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzində Azərbaycan Respublikasının Elm və Təhsil, Gənclər və İdman nazirlikləri və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının birgə təşkilatçılığı ilə ağırlıqqaldırma üzrə məktəblilərin Respublika çempionatı keçirilib. Yarışın keçirilməsində məqsəd bədən tərbiyəsi və idmanı şagirdlər arasında kütləviləşdirmək, fiziki tərbiyə fənninin tədrisini təkmilləşdirmək, şagirdlər arasında sağlam, aktiv həyat tərzini təşviq etmək, sinifdənxaric və məktəbdənkənar işi yaxşılaşdırmaq, idmançıların yarış təcrübələrini artırmaq, olimpiya idman kompleksləri və idman bazalarından səmərəli istifadəni təmin etmək olub.

 

Ağırlıqqaldırma üzrə məktəblilərin Respublika çempionatında rayon və şəhər ümumtəhsil müəssisələrinin 100-ə yaxın şagirdi iştirak edib. Müxtəlif çəki dərəcələrində Feyzulla Rüstəmov, İlham Əkbərov, Orxan İmanov, Mehdinur Qasımzadə, Yunis Bayramov, Allahverdi Məmmədov, Səbuhi Baxşıyev, Səidnur Musalı, Həsən Qlinçev və Rəbbani Niftəliyev qızıl medal qazanıblar. Qalib və mükafatçılara medal və diplomlar təqdim edilib.

 

Bütün çəki dərəcələri üzrə medalçıların siyahısını sizə təqdim edirik:

 

49 kq

1. Feyzulla Rüstəmov – 130 kq (60+70)

2. Fərid Rəfiyev – 123 kq (56+67)

3. Cəsur Bağırzadə – 121 kq (54+67)

 

55 kq

1. İlham Əkbərov – 181 kq (84+97)

2. Aysim Əliyev – 161 kq (71+90)

3. Ülvi İsmayılov – 137 kq (60+77)

 

61 kq

1. Orxan İmanov – 204 kq (96+108)

2. Dəniz Bağırov – 185 kq (85+100)

3. Kənan Kərimov – 173 kq (80+93)

 

67 kq

1. Mehdinur Qasımzadə – 180 kq (80+100)

2. Həsənağa Kərimov – 177 kq (76+101)

3. Vüqar Səlimov – 171 kq (73+98)

 

73 kq

1. Yunis Bayramov – 230 kq (105+125)

2. Əli Mahmudov – 197 kq (90+107)

3. Kərəm Nağdəliyev – 179 kq (78+101)

 

81 kq

1. Allahverdi Məmmədov – 135 kq (60+75)

2. Səid Əhmədli – 111 kq (51+60)

3. Knyaz Kazımlı – 73 kq (33+40)

 

89 kq

1. Səbuhi Baxışov – 215 kq (100+115)

2. Murad Bayramov – 95 kq (45+50)

3. Elgün Vəliyev – 86 kq (40+46)

 

96 kq

1. Səidnur Musalı – 163 kq (75+88)

2. Tahir Sultanlı – 138 kq (55+83)

 

102 kq

1. Həsən Qlinçev – 106 kq (49+57)

 

+102 kq

1. Rəbbani Niftəliyev – 198 kq (93+105)

2. Elmar Quluzadə – 105 kq (45+60)

Paylaş
Şərh yaz