Onlardan ikisi – Məhəmməd Məmmədli və Kənan Xəlilov medal mübarizəsinə qoşulub. Atletlərimiz yaşı 20-yə qədər olan gənclərin 62 kq çəki dərəcəsində qüvvəsini sınayıblar.
Kənan Xəlilov birdən qaldırma hərəkətində 123 kq-ı ram edərək bu hərəkətdə bürünc medal qazandı. O, təkanla qaldırmada 133 kq-ı qaldıraraq bu hərəkətdə 7-ci oldu. Atletimiz toplam 256 kq (123+133) nəticə ilə yekun sıralamada 6-cı yeri tutdu.
Məhəmməd Məmmədli birdən qaldırma hərəkətində 115 kq-ı başı üzərinə qaldırdı və bu hərəkətdə 6-cı oldu. O, təkanla qaldırmada 148 kq-ı qaldıraraq bu hərəkətdə bürünc medala sahib çıxdı. Atletimiz toplam 263 kq (115+148) nəticə ilə yekun sıralamada 4-cü yeri tutdu.