20-28 aprel tarixlərində keçirilən Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 2-ci seçmə mərhələ yarışları başa çatmaq üzrədir. Məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.
Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçirilir. 24-25 aprel tarixlərində Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı təmsil edən atletlər körpücük üzərinə çıxıblar.
Nəticələrlə sizi tanış edirik: