15-22 oktyabr tarixlərində Albaniyanın Dürres şəhərində keçiriləcək yaşı 20 və 23-ə qədər gənclər arasında ağır atletika üzrə Avropa çempionatına start verilib. Yarışda 36 ölkədən 405 atletin (170 qadın və 235 kişi) körpücük üzərinə çıxması gözlənilir. Turnirdə Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvləri də iştirak edəcəklər.
Bu gün daha bir atletimiz – Mərziyyə Məhərrəmova yaşı 23-ə qədər olan gənc qadınların 48 kq çəki dərəcəsindəki medal mübarizəsinə qoşulub. O, birdən qaldırma hərəkətində 66 kq-ı ram edərək 6-cı olub.
Mərziyyə təkanla qaldırma hərəkətində 85 kq-ı ram edərək bu hərəkətdə 5-ci pillədə qərarlaşıb.
Məhərrəmova toplam 151 kq (66+85) nəticə ilə Avropa çempionatında 6-cı yeri tutub.