Oktyabr ayının 20-27-si tarixlərində Polşanın Zamots şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. 35 ölkədən 383 atletin mübarizəyə qoşulduğu turnirdə Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.
Onlardan daha biri – Mərziyyə Məhərrəmova yaşı 23-ə qədər olan gənclərin 48 kq çəki dərəcəsindəki mübarizə aparıb.
O, birdən qaldırma hərəkətində 67 kq-ı ram edib və bu hərəkətdə 6-cı olub.
Təkanla qaldırma hərəkətində atletimiz 81 kq-la 7-ci yeri tutub.
Toplam 148 kq (67+81) nəticə ilə yekun sıralamada 7-ci pillədə qərarlaşıb.