15-24 iyun tarixlərində Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyinə start verilib. 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılıb.
Bu gün onlardan daha biri – Malikə Biçekuyeva körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan atletlər arasında 55 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Atletimiz birdən qaldırma hərəkətində 57 kq-ı ram edib və bu hərəkətdə 4-cü olub.
O, təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. İdmançımız 71 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə Avropa birinciliyinin bürünc medalını qazanıb.
Toplam 128 kq (57+71) nəticə göstərən Malikə Biçekuyeva yekun sıralamada da Avropa birinciliyin bürünc medalına sahib çıxıb.
Təbrik edirik!