Milli qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş turnir keçirildi

Dekabrın 21-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə XIX açıq turnir keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışda Azərbaycanın paytaxt və regionlarda fəaliyyət göstərən idman təşkilatlarından idmançılar iştirak ediblər.
Turnirin keçirilməsində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, onun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağır atletika idman növünün təbliği və inkişaf etdirilməsi, ən güclü idmançıların aşkar olunması, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.
Yarışın açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edib. O, hər kəsi salamlayaraq, bu birinciliyin uzun illərdir keçirildiyini və yüksək səviyyədə təşkil edildiyini qeyd edib: “Biz Azərbaycan Ağır Atletika Federasiyası və Azərbaycan Televiziyası ilə birlikdə bu yarışa daima diqqət yetirir, vacibliyini vurğulayırıq. Fəxrəddin Şahbazov öz həyat və fəaliyyəti ilə gənc nəsillərə bir nümunə olub. Bizim də məqsədimiz bu irsi bundan sonra da yaşatmaq və bu yarışlar vasitəsilə təbliğ etməkdir. Qəhrəmanımızı ailəsi də əmin olsun ki, biz gücümüz yetdikcə bu işi davam etdirəcək, Fəxrəddin Şahbazovun xatirəsini əziz tutacağıq”.
Daha sonra söz Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulova verilib. O da bildirib ki, milli qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinin hər il belə yarışlarla anılması böyük əhəmiyyət daşıyır: “İdmançılar beynəlxalq arenalarda Azərbaycanın təmsilçiləridirlər. Onların yetişdirilməsi, hazırlanması üçün kütləviliyin olması vacibdir və məhz bu cür turnirlərlə buna nail ola bilirik. Xüsusilə də öz həyatı, gördüyü işlərlə adından söz etdirmiş, həm bir peşəkar, həm də bir qəhrəman olaraq vətənə xidmət etmiş Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş birinciliklə bunu etmək hamımız üçün əhəmiyyət daşıyır. Federasiya olaraq biz də bu iş üçün əlimizdən gələni edir, maksimum dəstək olur, həm yarışın təşkilində iştirak edir, həm də mərhumun ailəsinə diqqət yetiririk. Bu işləri bundan sonra da davam etdirəcəyik”.
Sonda milli qəhrəmanın həyat yoldaşı Nəsibə Şahbazova səhnəyə dəvət edilib, ona xatirə medalı və hədiyyələr təqdim edilib. O da öz növbəsində bu yarışın mütəmadi və yüksək səviyyədə təşkilini təqdir edib, əməyi olan hər kəsə təşəkkür edib.
Yarış açıq elan edilib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Birinciliyə gəlincə, körpücük üzərinə ilk olaraq çəkisi 49 və 55 kq olan atletlər çıxıblar. Müvafiq olaraq toplam 136 kq (58+78) nəticə ilə Fuad Qədimov və toplam 190 kq (90+100) nəticə ilə Əvəz Tağıyev qızıl medala sahib çıxıblar. Sonrakı çəkilərdə – 61 kq-da 160 kq (70+90) nəticə ilə Hüseyn Azayev, 67 kq-da 208 kq (98+110) nəticə ilə Kamil Nəbiyev, 73 kq-da toplam 161 kq (76+85) nəticə ilə Novruz Muxtarlı, 81 kq-da 213 kq (96+117) nəticə ilə Canəli Əsədov, 89 kq-da toplam 245 kq (115+130) nəticə ilə Yaşar Mamayev və 96 kq-da toplam 216 kq (96+120) nəticə ilə Kənan Zamanov qalib gəliblər.

Təbrik edirik!

49 kq

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Qədimov Fuad 2005 Sumqayıt Təhsil 48.7 58 78 136
2. Quliyev Emil 2006 Bakı Təhsil 47.0 60 70 130
3. Arzumanov Yusif 2006 Bakı Neftçi 49.0 41 60 101
4. Mirzəyev İlkin 2005 Bakı Təhsil 45.3 45 55 100

 

55 kq

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Tağıyev Əvəz 2002 Neftçala Zirvə 53.2 90 100 190
2. Kazımov Rəhim 2004 Xırdalan Zirvə 53.7 64 80 144
3. Quliyev Namik 2004 Neftçala Zirvə 54.4 63 74 137
4. Beydullayev Racib 2004 Xırdalan Zirvə 52.4 55 72 127
5. Sultanov Soltan 2004 Bakı Təhsil 52.1 55 70 125
6. Miriyev Sahil 2003 Cəlilabad UGİM 51.6 57 62 119
7. Quliyev Vüsət 2004 Sumqayıt Zirvə 51.7 48 62 110
8. Mərdanov Fərid 2006 Sumqayıt MOİK-Z 55.0 45 57 102
9. Nəzərov Elturan 2006 Bakı Təhsil 52.8 39 43 82

 

61 kq

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Azayev Hüseyn 2003 Bakı Təhsil 59.3 70 90 160
2. Hüseynli Fizuli 2002 Sumqayıt MOİK-Təh. 57.7 73 86 159
3. Əliyev Sadiq 2003 Yevlax UGİM 61.0 70 85 155
4. Nəbiyev Ravil 2004 Bakı Spartak 58.0 65 90 155
5. Quliyev Elgün 2003 Bakı Təhsil 57.1 55 70 125
6. Qurbanov Yaşar 2006 Bakı Spartak 60.4 53 66 119

 

67 kq

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Nəbiyev Kamil 2003 Bakı Spartak 65.5 98 110 208
2. Babayev Nuran 2004 Bakı Təhsil 61.5 73 95 168
3. Kərimov Elvin 2004 Bakı Təhsil 66.0 71 93 164
4. Məlikov Soltan 2004 Neftçala Zirvə 61.4 65 90 155
5. Əsədov Xoşbəxt 2003 Qobustan MOİK 61.5 52 65 117

 

73 kq

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Novruz Muxtarlı 2002 Sumqayıt Zirvə-T. 67.9 76 85 161
2. Qasımzadə Ülvi 2003 Cəlilabad UGİM 61.1 64 80 144
3. Nuralıyev Namiq 2004 Neftçala Zirvə 69.2 57 70 127
4. Kəlbiyev İsa 2002 Cəlilabad UGİM 67.3 55 63 118

 

81 kq

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Əsədov Canəli 2003 Qobustan MOİK 74.8 96 117 213
2. Nazim Məmmədov 2003 Bakı Təhsil 77.3 91 110 201
3. Cavidan Muxtarlı 2003 Sumqayıt MOİK-T. 73.5 47 60 107

 

89 kq

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Yaşar Mamayev 2003 Neftçala Zirvə 83.1 115 130 245
2. Abdulrəşid Bayramov 2005 Abşeron Zirvə 84.0 93 115 208
3. Fuad Hümmətli 2004 Xırdalan Zirvə 84.3 75 95 170

 

96 kq

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Kənan Zamanov 2003 Xırdalan Zirvə 91.7 96 120 216
2. Soltan Qasımzadə 2003 Bakı Təhsil 89.5 70 90 160

 

ŞƏKİLLƏR 49 KQ VƏ 55 KQ

ŞƏKİLLƏR 61 KQ VƏ 67 KQ

ŞƏKİLLƏR 73 KQ, 81 KQ, 89 KQ, 96 KQ, 102 KQ VƏ +102 KQ

Paylaş
Şərh yaz