Yanvarın 22-dən Ukraynada təlim-məşq toplanışında olan ağır atletika üzrə yığma komandamız qarşıdakı daxili və beynəlxalq yarışlara hazırlıqlarını tam sürətlə davam etdirir.
Xmelnitski vilayətinin Kamenets-Podolsk şəhərində toplanışda olan Ukrayna yığması da millimizlə eyni zalda çalışmaqdadır. Yarışlara daha intensiv və səmərəli hazırlıq, fərqli iqlim və məşq şəraitində sınaqdan keçirilmək məqsədilə ölkə xaricinə yollanan Azərbaycan atletləri yetərincə güclü, tanınmış həmkarları ilə birlikdə məşq zalını bölüşürlər. Hər iki tərəf hazırlığın gedişindən razıdır və məşqçilər heyəti bunu ifadə edirlər.
Yığmamızın toplanışı fevralın 12-nə qədər davam edəcək. Hazırlıqdan bəzi şəkilləri sizə təqdim edirik: