Bu gün baş məşqçilər Oktay Muxtarov (yeniyetmələr) və Maksum Xasanovun (gənclər) rəhbərliyi altında komandamızın daha bir üzvü Murad Əliyev körpücük üzərinə çıxıb. O, 67 kq çəki dərəcəsinin B qrupunda yarışıb. İdmançımız toplam 271 (128+143) kq nəticə ilə bu qrupda 3-cü, yekun sıralamada isə 10-cu yeri tutub.
Murad Əliyev də yarışa qoşuldu
21-31 may tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında ağır atletika üzrə dünya birinciliyinə start verilib. 53 ölkədən 244 (139 kişi + 105 qadın) atletin qatılacağı yarışda Azərbaycan yığmasının üzvləri də qüvvələrini sınayacaqlar.