Murad Həsənli Avropa birinciliyində qüvvəsini sınadı

1-10 iyul tarixlərində Moldovanın paytaxtı Kişineuda keçirilən 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyi davam edir. Yarışda 40-a yaxın ölkədən 416 atlet (196 qız və 220 oğlan) iştirak edəcək. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.
Millimizdən körpücük üzərinə Murad Həsənli çıxıb. O, yaşı 15-ə qədər olan oğlanlar arasında 49 kq çəki dərəcəsində mübarizə aparıb. Murad toplam 150 kq (65+85) nəticə göstərib və 7-ci yeri tutub.

Paylaş
Şərh yaz