Müstəqillik Gününüz mübarək!

Bu gün – 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biridir.

1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı qəbul olunub. Ölkəmizin şanlı tarixinə qızıl hərflərlə yazılan bu tarix artıq 29 ildir bayram kimi qeyd olunur.

Azərbaycan Ağır Atletika Federasiyası olaraq biz də bu bayrama qoşulur, xalqımızı Müstəqillik Günü münasibətilə təbrik edirik. Dövlətimiz, dövlətçiliyimiz əbədi olsun! Bayramınız mübarək!

Paylaş
Şərh yaz