İsrailin Eylat şəhərində keçiriləcək yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatı bu gün start götürüb. Dekabrın 2-10-u tarixlərində davam edəcək yarışda Azərbaycan yığma komandası da iştirak edir. Təmsilçilərimizdən daha biri – Nailxan Nəbiyev körpücük üzərinə çıxıb. O, yaşı 23-ə qədər olan atletlərin mübarizəsində 94 kq çəki dərəcəsində çıxış edib.
Atletimiz birdən qaldırma hərəkətində 151 kq, təkanla qaldırma hərəkətində isə 190 kq-ı ram edib.
Nəbieyv 341 kq (151+190) nəticə ilə yekun sıralamada 8-ci yeri tutub.