18-27 sentyabr tarixlərində Tailandın Patitaya şəhərində keçirilən ağır atletika üzrə kişilər arasında 85-ci, qadınlar arasında 28-ci dünya çempionatında 105 ölkədən 734 atlet (395 kişi və 339 qadın) körpücük üzərinə çıxacaq. Onların arasında Azərbaycan yığmasının 3 üzvü də var.
Bu gün onlardan sonuncusu – Nailxan Nəbiyev 96 kq çəki dərəcəsinin D qrupunda mübarizəyə qoşulub.
İdmançımız toplam 338 kq (147+191) nəticə ilə bu qrupda 3-cü yeri tutub. Nəbiyev yekun sıralamada 29-cu yeri tutub.