4-17 sentyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatında start verilib. Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 894 atlet (469 kişi + 425 qadın) iştirak edir. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.
Körpücük üzərində ilk olaraq Nazilə İsmayılova çıxıb. O, 49 kq çəki dərəcəsində D qrupunda yarışıb. Atletimiz toplam 135 kq (60+75) nəticə göstərib. Nazilənin yekun sıralamada 34-cü yeri tutub.