4-18 dekabr tarixlərində Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-Pri yarışına start verilib. Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 382 (176 qadın + 206 kişi) atlet iştirak edir. Yarışda ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar.
Onlardan ilk olaraq Nazilə İsmayılova bu gün mübarizəyə qoşulub. O, 49 kq çəki dərəcəsinin C qrupunda çıxış edib. İdmançımız toplam 143 (65+78) kq nəticə göstərib. İsmayılova yekun sıralamada 19-cu yeri tutub.