Nazilə İsmayılova V İslam Oyunlarının bürünc medalını qazandı!

9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunları davam edir. Bu gün ağır atletika üzrə yarışlara start verilib.

Baş məşqçi Emil Əliyev, məşqçilər Asif Məmmədov və Sərdar Həsənovun rəhbərliyi altında körpücük üzərinə 10 nəfər – 3 qadın və 7 kişi idmançı çıxacaq. Onlardan ilk olaraq Nazilə İsmayılova mübarizəyə qoşulur. İdmançımız 45 kq çəki dərəcəsində yarışır.

Atletimiz birdən qaldırma hərəkətində 54 kq çəkini ram edərək bu hərəkətdə bürünc medala sahib çıxıb.

O, təkanla qaldırma hərəkətində də uğurla çıxış edib. O, 67 kq çəkini qaldıraraq bu hərəkətdə də bürünc medal əldə edib.

Toplam 121 kq-ı (54+67) başı üzərinə qaldıra bilən Nazilə İsmayılova yekun sıralamada da V İslam Oyunlarının bürünc medalını qazanıb.

Təbrik edirik!

 

 

Paylaş
Şərh yaz