Fevral ayının 23-25-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzində keçirilən yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində son yarış günü davam edir. Turnirdə ölkənin şəhər və rayonların idman cəmiyyətləri, klubları və mərkəzlərini təmsil edən 150-dən çox gənc atlet iştirak edir.
81 kq çəki dərəcəsində qızıl medal uğrunda sona qədər maraqlı mübarizə gedib. Nicat Babayev toplam 235 kq (108+127) nəticə ilə daha üstün tərəf olub və birinciliyin qalibi adını qazanıb. Gümüş medalı toplam 233 kq (107+126) nəticə ilə Məmməd Əhmədzadə, bürüncü isə toplam 222 kq (96+126) nəticə ilə İlkin Məmmədzadə əldə edib.
Təbrik edirik!
81 kq.
N | Adı | İl | Şəhər /
Rayon |
Təşkilatı |
Çəkisi |
Birdən |
Təkanla |
Toplam |
1. | Nicat Babayev | 2007 | Lənkəran | UGİM / ARGİN | – | 108 | 127 | 235 |
2. | Məmməd Əhmədzadə | 2007 | Abşeron | “Zirvə” İK | – | 107 | 126 | 233 |
3. | İlkin Məmmədzadə | 2007 | Bakı | İOEUGİM-5 / “Təhsil” RİM | – | 96 | 126 | 222 |
4. | Tural Hüseynov | 2009 | Cəlilabad | UGİM / ARGİN | – | 55 | 80 | 135 |
5. | Abbas Qasımov | 2008 | Cəlilabad | “Ümüd” İK | – | 50 | 60 | 110 |
6. | Cavidan Mustafayev | 2007 | Sumqayıt | İOEUGİŞM-1 / “Təhsil” RİM | – | 50 | 55 | 105 |
7. | Səid Əhmədli | 2010 | Gəncə | UGİŞM-2 / “Təhsil” RİM | – | 49 | 50 | 99 |
8. | Elgün Vəliyev | 2011 | Samux | “Bəhrə” İK | – | 35 | 45 | 80 |
9. | Allahverdi Qaragözov | 2009 | Qazax | UGİM-Göyəzən | – | 0 | – | – |
10. | Oqtay Musayev | 2007 | Bakı | “Neftçi” İK | – | 68 | 0 | – |