1-2 oktyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər (20 və 23 yaşlı gənc oğlan və qızlar) arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ikinci yarış günü davam edir. 81 və 89 kq çəki dərəclərində qaliblər müəyyən edilib
Yaşı 20-yə qədər olan idmançılar arasında 81 kq-da qalib adını toplam 271 kq (118+153) nəticə göstərən Nurlan Rəsulov, 89 kq-da isə toplam 232 kq (104+128) nəticə ilə Həsən Babayev qazanıblar.
Yaşı 23-ə qədər olan idmançılar arasında isə 81 kq-da fəxri kürsünün ən yüksək pilləsinə toplam 262 kq (115+147) nəticə ilə İsmayıl Baxışov, 89 kq-da isə toplam 270 kq (120+150) nəticə ilə Sənan Mirzəyev qalxıblar.
Təbrik edirik!
Yarışda ölkənin bütün regionlarından yüzə yaxın atlet iştirak edir.
Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin, perspektivli ağır atletlərin müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı idmançıların yığma komandalara seçilməsidir.
81 kq. U-20
N | Adı | Şəhər | Klub | İl | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Nurlan Rəsulov | Abşeron | Zirvə | 2002 | 76.7 | 118 | 153 | 271 |
2. | Həsənağa Sahibov | Buta | Qobustan | 2002 | 73.2 | 104 | 130 | 234 |
3. | İmaməli Əliyev | Goranboy | UGİM | 2005 | 80.2 | 95 | 120 | 215 |
81 kq. U-23
N | Adı | Şəhər | Klub | İl | Çəki | Birdən | Təkanla | Toplam |
1. | İsmayıl Baxışov | Qobustan | Buta | 2001 | 80.2 | 115 | 147 | 262 |
2. | Əli Zeynalov | Goranboy | Təhsil | 2000 | 78.5 | 90 | 110 | 200 |
89 kq. U-20
N | Adı | Şəhər | Klub | İl | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Həsən Babayev | Şərur | UGİM | 2007 | 88.3 | 104 | 128 | 232 |
2. | Əbdulmətin İsmayılov | Qazax | Göyəzən | 2005 | 83.2 | 96 | 110 | 206 |
89 kq. U-23
N | Adı | Şəhər | Klub | İl | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Sənan Mirzəyev | Bakı | Spartak | 1999 | 87.2 | 120 | 150 | 270 |