1-10 iyul tarixlərində Moldovanın paytaxtı Kişineuda keçirilən 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyinə start verilib. Yarışda 40-a yaxın ölkədən 416 atlet (196 qız və 220 oğlan) iştirak edəcək. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.
Millimizdən körpücük üzərinə ilk olaraq Nuray Əbilova çıxıb. O, yaşı 15-ə qədər olan qızlar arasında 40 kq çəki dərəcəsində mübarizə aparıb. Nuray toplam 89 kq (40+49) nəticə göstərib və 8-ci yeri tutub.