24 oktyabr – 4 noyabr tarixlərində Polşanın Raşin şəhərində keçirilən ağırlıqqaldırma üzrə gənclər və 23 yaşadək atletlər arasında Avropa birinciliyi davam edir. Yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edirlər.
Bu gün onlardan ilk olaraq Nurlan Məmmədzadə (89 kq) körpücük üzərinə çıxıb. Atletimiz birdən qaldırma hərəkətində 140 kq, təkanla qaldırma hərəkətində isə 181 kq nəticə gostərib. Nurlan Məmmədzadə toplamda 321 kq (140+181) göstərici ilə yarışı 7-ci yerdə başa vurub.