12-20 fevral 2024-cü il tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir. 43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edirlər.
Bu gün onlardan daha biri – Nurlan Məmmədzadə körpücük üzərinə qalxıb. O, 89 kq çəki dərəcəsinin B qrupunda qüvvəsini sınayıb.
Nurlan birdən qaldırma hərəkətində 140 kq-ın öhdəsindən gəlib, təkanla qaldırma hərəkəti və ümumi yarışı isə zədə səbəbindən nəticəsiz başa vurmalı olub.