Nurlan Məmmədzadə çıxışlarımıza yekun vurdu

İspaniyanın Leon şəhərində keçirilən gənclər arasında ağırlıqqaldırma üzrə dünya birinciliyi davam edir. Yarışda 67 ölkədən 367 (168 qadın + 199 kişi) idmançı iştirak edir. Birinciliyə Azərbaycan yığmasının üzvləri də qatılıb.
Bu gün onlardan sonuncusu – Nurlan Məmmədzadə körpücük üzərinə qalxıb. O, 89 kq çəki dərəcəsində çıxış edib.
Atletimiz toplam 322 kq (142+180) nəticə ilə 11-ci yeri tutub.

Paylaş
Şərh yaz