Nurlan Rəsulov II MDB Oyunlarında mübarizə apardı

4-10 avqust tarixlərində Belarusda keçirilən II MDB Oyunlarında ağır atletika üzrə yarışlar təşkil olunur. Qrodno şəhərindəki Buz İdman Sarayının yarış zalında 150-dən çox idmançı medallar uğrunda mübarizəyə qoşulub. Onların arasında Azərbaycan atletləri də var.
Nurlan Rəsulov 81 kq çəki dərəcəsində qüvvəsini sınayıb. O, toplam 292 kq (125+167) nəticə ilə 7-ci yeri tutub.

Paylaş
Şərh yaz