Kosovonun paytaxtı Priştina şəhərində 22-30 sentyabr tarixlərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi davam edir. Yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizəyə qoşulacaq. Onların arasında bizim yığmanın da üzvləri var.
Onlardan daha biri – Nurlan Rəsulov da medal mübarizəsinə qoşulub. O, yaşı 15-ə qədər olan atletlər arasında 62 kq çəki dərəcəsində yarışıb.
Nurlan birdən qaldırma hərəkətində 91 kq-ı ram edib və bu hərəkətdə 5-ci yeri tutub.
O, təkanla qaldırma hərəkətində 115 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə də 5-ci olub.
Toplam 206 kq (91+115) nəticə göstərən Rəsulov Avropa birinciliyində 5-ci yeri tutub