Oğlanlar 50 kq-da B qrupunda yarışdılar

Fevralın 17-19-da Şimal DRES qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçiriləcək 15 və 17 yaşadək (2000-2001-ci il təv. və 2002-2004-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi start götürüb. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edirlər.
Yeniyetmə oğlanların mübarizəsi yaşı 15-ə qədər olan atletlərin 50 kq çəki dərəcəsinin B qrupunda başlayıb. Toplam 114 kq (51+63) nəticə götərən Məmmədli Ədalət rəqiblərini üstələyib. Sonrakı pillələrdə 112 kq (50+62) nəticə ilə İskəndərov Məhəmməd və 110 kq (45+65) nəticə ilə Nurlan Məmmədzadə qərarlaşıb.
B qrupunda yarışan atletlərin ümumi sıralamada neçənci yeri tutacağı A qrupunda yarışlar bitəndən sonra bilinəcək.

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Məmmədli Ədalət 2004 İsmayıllı Zirvə 45.20 51 63 114
2. İskəndərov Məhəmmədəli 2003 Bakı Təhsil 44.30 50 62 112
3. Məmmədzadə Nurlan 2004 Qazax Zirvə 43.50 45 65 110
4. Əlizadə Kənan 2003 Bakı Təhsil 48.70 50 60 110
5. Nəbiyev Kamil 2003 Bakı Spartak 44.20 46 62 108
6. Məmmədzadə Əli 2002 Lənkəran UGİM 41.50 45 58 103
7. Muradov Fərdi 2003 Bakı Təhsil 37.30 39 54 93
8. Həsənov İlşad 2003 Neftçala Zirvə 47.60 40 53 93
9. Məmmədov Rövşən 2003 Neftçala Zirvə 39.60 38 45 83
10. Məmmədov Renat 2003 Qazax GİN 41.50 37 43 80
11. Məmmədov Fərid 2003 Qazax Zirvə 34.20 30 45 75
12. Nəbiyev Ravil 2004 Bakı Spartak 37.30 28 40 68
Paylaş
Şərh yaz