Oğlanlarda birinciliyin ilk qalibi Əlimehti Hüseynov oldu

 

Fevral ayının 23-25-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzində keçirilən yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində ilk yarış günü başa çatıb. Turnirdə ölkənin şəhər və rayonların idman cəmiyyətləri, klubları və mərkəzlərini təmsil edən 150-dən çox gənc atlet iştirak edir.

Oğlanlardan körpücük üzərinə ilk olaraq çəkisi 49 kq-a qədər olan atletlər çıxıb. Fəxri kürsünün ən yüksək pilləsinə Əlimehti Hüseynov qalxıb. O, toplam 140 kq (60+80) nəticə ilə qızıl medala sahib çıxıb. Gümüş medalı toplam 128 kq (56+72) nəticə ilə Rəhman Mərdalıyev, bürünc medalı isə toplam 127 kq (57+70) nəticə ilə Toğrul Mustafayev tutub.

Təbrik edirik!

 

Oğlanlar. 49 kq.

 

N Adı İl Şəhər /

Rayon

Təşkilatı  

Çəkisi

 

Birdən

 

Təkanla

 

Toplam

1. Əlimehti Hüseynov 2008 Lənkəran UGİŞM / “Təhsil” RİM 48.75 60 80 140
2. Rəhman Mərdalıyev 2009 Qazax UGİM / ARGİN 46.40 56 72 128
3. Toğrul Mustafayev 2008 Gəncə UGİŞM-2/ “Təhsil” RİM 47.17 57 70 127
4. Yusif Paşayev 2010 Qazax UGİM / ARGİN 47.93 57 70 127
5. Ülvi İsmayılov 2007 Gəncə UGİŞM-2 / “Təhsil” RİM 48.42 55 71 126
6. Fərid Rəfiyev 2009 Abşeron “Zirvə” İK 43.30 51 60 111
7. Fuad Həsənli 2010 Yevlax UGİM / ARGİN 48.19 48 55 103
8. Nurlan Qurbanov 2010 Cəlilabad “Ümüd” İK 48.96 43 60 103
9. Ruhin Tağızadə 2011 Ağstafa “Göyəzən” AAK 39.50 40 50 90

 

Paylaş
Şərh yaz