14-16 mart tarixlərində keçirilən ağırlıqqaldırma üzrə U-15 və yeniyetmələr arasında Azərbaycan birinciliyinin ikinci günü oğlanların yarışı ilə davam edib. Şüvəlanda yerləşən Ağırlıqqaldırma Akademiyasında təşkil olunan yarışda daha 4 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.
15 yaşa qədər olan oğlanların yarışı:
55 kq çəki dərəcəsində Feyzulla Rüstəmov toplamda 173 kq (72 kq+ 101 kq) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
61 kq çəki dərəcəsində Musab Məmmədtağıyev toplamda 205 kq (95 kq + 110 kq) nəticə ilə birinci olub.
Yeniyetmələrin yarışı:
55 kq çəki dərəcəsində Rəhman Mərdəliyev toplamda 126 kq (80 kq + 100 kq) nəticə ilə qalib adını qazanıb.
61 kq çəki dərəcəsində Murad Həsənli 225 kq (103 kq + 122 kq) nəticə ilə qalib adını qazanıb.
Qeyd edək ki, Azərbaycan birinciliyində ümumilikdə 200-ə yaxın atlet mübarizə aparır.