28-29 aprel tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatına start verilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayacaq.
İlk olaraq qadınlar 3 çəki dərəcəsində qalibləri müəyyən ediblər. Samirə Rzayeva toplam 86 kq (38+48) nəticə ilə 45 kq çəki dərəcəsində, Ravilya Abbasova toplam 78 kq (32+45) nəticə ilə 49 kq çəki dərəcəsində, Selcan Qarayeva isə toplam 138 kq (60+78) nəticə ilə 55 kq çəki dərəcsində rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
45 kq
N | Adı | İl | Şəhər /
Rayon |
Təmsil etdiyi idman təşkilatı | Çəkisi | Birdən | Təkanla | Toplam |
1. | Samirə Rzayeva | 2006 | Qazax | “Göyəzən” AAK | 42.73 | 38 | 48 | 86 |
2. | Aydan Rzayeva | 2008 | Qazax | “Göyəzən” AAK | 41.80 | 37 | 47 | 84 |
49 kq
N | Adı | İl | Şəhər /
Rayon |
Təmsil etdiyi idman təşkilatı | Çəkisi | Birdən | Təkanla | Toplam |
1. | Ravilya Abbasova | 2007 | Qazax | “Göyəzən” AAK | 48.7 | 32 | 43 | 75 |
55 kq
N | Adı | İl | Şəhər /
Rayon |
Təmsil etdiyi idman təşkilatı | Çəkisi | Birdən | Təkanla | Toplam |
1. | Selcan Qarayeva | 2005 | İsmayıllı | “Girdiman” AAK | 52.0 | 60 | 78 | 138 |
2. | Gülcahan Əliyeva | 2004 | Şərur | “Naxçıvan” İK | 54.13 | 58 | 77 | 135 |
3. | Günel Muxtarlı | 2003 | Sumqayıt | İOEUGİŞM-1 / “Təhsil” RİM | 54.63 | 53 | 60 | 113 |
4. | Tahirə Mustafazadə | 2005 | Qazax | “Göyəzən” AAK | 51.75 | 38 | 48 | 86 |