Bu gün onlardan daha ikisi – Ömər Cavadov və Füqan Əliyev körpücük üzərinə çıxıb. Onlar yaşı 23-ə qədər olan atletlər arasında 81 kq çəki dərəcəsində yarışıblar.
Füqan Əliyev birdən qaldırma hərəkətində 146 kq-la 7-ci olub, təkanla qaldırma hərəkətini nəticəsiz başa vurub.
Ömər Cavadov isə birdən qaldırma hərəkətində 155 kq-ı ram edərək bu hərəkətdə Avropa birinciliyinin qalibi olub. O, təkanla qaldırma hərəkətini nəticəsiz başa vurub.
Təbrik edirik!