Ömər Cavadov: “Azərbaycan kubokunu qazandığım üçün çox sevincliyəm”

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında ağır atletika üzrə Azərbaycan Kuboku davam edir. Körpücük üzərinə çəkisi 50 və 56 kq olan kişilər çıxıblar. 50 kq çəki dərəcəsində toplam 154 kq (68+86) nəticə ilə 15 yaşlı Cavadov Ömər qalib gəlib. O yarışdan sonra təəssüratlarını və qələbə sevincini AAAF TV ilə bölüşüb:

“Bu yarışda bütün bacarığımla çalışdım və çempion ola bildim. Məşqçilərə məni yaxşı hazırlaşdırdıqları üçün çox sağol deyirəm. İnşallah, növbəti yarışlarda da bu uğuru davam etdirmək niyyətindəyəm. Azərbaycan kubokunu qazandığım üçün çox sevincliyəm”.

Paylaş
Şərh yaz