21-31 may tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında ağır atletika üzrə dünya birinciliyinə start verilib. 53 ölkədən 244 (139 kişi + 105 qadın) atletin qatılacağı yarışda Azərbaycan yığmasının üzvləri də qüvvələrini sınayacaqlar.
Bu gün baş məşqçilər Oktay Muxtarov (yeniyetmələr) və Maksum Xasanovun (gənclər) rəhbərliyi altında komandamızın daha bir üzvü – Ömər Cavadov körpücük üzərinə çıxıb. O, 73 kq çəki dərəcəsində yarışıb. İdmançımız toplam 282 (132+150) kq nəticə ilə 11-ci yeri tutub.