13-14 sentyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi davam edir. Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir.
Kişilərdən körpücük üzərinə ilk olaraq çəkisi 56 kq-a qədər olan atletlər çıxıb. Toplam 203 kq (93+110) nəticə ilə Ömər Cavadov bütün rəqiblərini arxada qoyub. İkinci yeri 191 kq (86+105) nəticə ilə İsmayıl Məmmədov, üçüncü yeri isə 181 kq (80+101) nəticə ilə Rusif Əhmədov tutub.
Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
56 kq
N | Adı | İl | Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Cavadov Ömər | 2002 | Xırdalan | Zİrvə | 56.0 | 93 | 110 | 203 |
2. | Məmmədov İsmayıl | 2000 | Lerik | Zirvə | 52.9 | 86 | 105 | 191 |
3. | Əhmədov Rusif | 2001 | Bakı | Təhsil | 56.0 | 80 | 101 | 181 |
4. | Həsənov Fuad | 2003 | Lənkəran | UGİM | 54.1 | 80 | 95 | 175 |
5. | Məmmədov Tehran | 2003 | Qobustan | UGİM | 52.4 | 71 | 91 | 162 |
6. | Tağıyev Əvəz | 2002 | Neftçala | Zirvə | 44.8 | 64 | 82 | 146 |
7. | Quliyev Seymur | 2001 | Neftçala | Zirvə | 54.4 | 65 | 80 | 145 |
8. | Məmmədov Rövşən | 2003 | Neftçala | Zirvə | 49.7 | 0 | – | – |
9. | Həsənov Tarif | 2001 | Neftçala | Zirvə | 56.0 | 62 | – | – |