4-18 dekabr tarixlərində Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-Pri yarışı davam edir. Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 382 (176 qadın + 206 kişi) atlet iştirak edir. Yarışda ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar.
Bu gün onlardan daha biri – Ömər Cavadov mübarizəyə qoşulub. O, 73 kq çəki dərəcəsinin B qrupunda çıxış edib. İdmançımız toplam 312 (146+166) kq nəticə göstərib. Cavadov yekun sıralamada 10-cu yeri tutub.