İsrailin Eylat şəhərində keçiriləcək yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir. Dekabrın 2-10-u tarixlərində olacaq yarışda Azərbaycan yığma komandası da iştirak edir. Bu gün atletlərimizdən daha biri – Paşa İbrahimli yaşı 23-ə qədər kişilər arasında 69 kq çəki dərəcəsində körpücük üzərinə çıxıb.
Yeniyetmələr arasında Avropa birinciliyinin, İslam Oyunlarının qalibi olmuş İbrahimli birdən qaldırma hərəkətində 131 kq-ı ram edib və bu hərəkətdə 4-cü yeri tutub.
Atletimiz təkanla qaldırma hərəkətində 156 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə 5-ci yeri tutub.
Toplamda 287 kq (131+156) nəticə göstərən İbrahmli Avropa çempionatında 5-ci yeri tutub.