2-3 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağr Atletika Akademiyasının yarış zalında ağır atletika üzrə Azərbaycan Kuboku davam edir. Yarışların ilk günündə körpücük üzərinə çəkisi 69 kq olan kişilər çıxıblar.
Qızıl medalı toplam 262 kq (120+142) nəticə göstərən Paşa İbrahimli əldə edib. Sonrakı pilllərləri 260 kq-la Füqan Əliyev və 244 kq-la İsmayıl Baxışov tutublar.
Təbrik edirik!
N | Adı | İl | Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | İbrahimli Paşa | 1995 | Lənkəran | Zİrvə | 68.2 | 120 | 142 | 262 |
2. | Əliyev Füqan | 2001 | Lerik | Zirvə | 67.50 | 115 | 145 | 260 |
3. | Baxışov İsmayıl | 2001 | Qobustan | Zirvə | 68.60 | 110 | 134 | 244 |
4. | Şərifov Elşən | 1996 | Şamaxı | Zirvə | 68.90 | 111 | 132 | 243 |
5. | Rəsulov Nurlan | 2002 | Xırdalan | Zirvə | 64.60 | 95 | 121 | 216 |
6. | Nəzərov Elşən | 1994 | Bakı | MOİK | 67.00 | 97 | 111 | 208 |
7. | Şəmmədov Səbuhi | 2002 | Goranboy | Zirvə | 68.7 | 95 | 110 | 205 |
8. | Usubov Fərid | 1998 | Neftçala | Zirvə | 66.8 | 92 | 110 | 202 |
9. | Şükürlü Əli | 2003 | Sumqayıt | Zirvə | 69.00 | 95 | – | – |