Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında Azərbaycan çempionatı davam edir. İkinci yarış günündə ilk olaraq kişilər arasında 73 kq çəki dərəcəsində medalçıların adına aydınlıq gəlib. Çempion adını Paşa İbrahimli qazanıb. O, rəqiblərini xeyli qabaqlayaraq, toplam 293 kq (133+160) nəticə qızıl medala sahib çıxıb.
Paşa İbrahimli yarışdan sonra fikirlərini AAAF TV ilə bölüşüb:
“Yarışa çox yaxşı hazırlaşmışdım. Məşqçilərimə minnətdaram ki, hazırlıq zamanı dəstəklərini göstərirlər. Qarşıda bizi Avropa çempionatı gözləyir. Hədəfim həmin çempionatı mükafatla başa vurmaqdır. Fərqi yoxdur, qızıl, gümüş, ya da bürünc medal, əsası odur ki, yarışda gözəl çıxış edərək medal qazanım”.