Dekabrın 23-də Milli Olimpiya Komitəsində 2016-cı ilə yekun vurulub, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə nitq söyləyib.
Sonra 2016-cı ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.
Prezident İlham Əliyev 2016-cı ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim etdi. Onların içərisində tanınmış atletimiz, veteranlar arasında Avropa və dünya çempionu Akif Alıyev də olub.
Prezident tərəfindən ağır atletikaya qayğısı daima yüksək səviyyədə olub. Onun göstəriş və tapşırıqları nəticəsində bu idman növünün həm ölkədə, həm də ondan kənarda təbliği və inkişafına böyük təkan verilib. Ağır atletika ailəsi onun dəstəyini həmişə öz üzərində hiss edib.
Azərbaycan Ağır Atletika Federasiyasi və bütün ağır atletler adından dövlət başçımıza bizə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edirik!