Prezident İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib!

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
MOK-un prezidenti vəzifəsinə yeganə namizəd olan dövlətimizin başçısı İlham Əliyev yekdilliklə yenidən Milli Olimpiya Komitəsinin rəhbəri seçilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
Azərbaycan Ağır Atletika Federasiyası olaraq Prezident İlham Əliyevi bu münasibətlə təbrik edir, ona bütün işlərində uğurlar arzulayırıq!

Paylaş
Şərh yaz