Qadınlar arasında qalib adlarını Səma Mayılova və Lalə Rzazadə qazandılar

Mayın 25-28-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək (2001-2002-ci il təv. və 2003-2005-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyində ilk yarış günüdür. Körpücük üzərinə yaşı 15 və 17-yə qədər olan qızlar çıxıb. Onlar yaş qrupları üzrə Sinkleyr cədvəlinə əsasən mütləq qalibləri müyyən ediblər.

Yaşı 15-ə qədər olan qızların mübarizəsində toplam 136 kq (59+77) çəki və 191.41 xalla Səma Mayılova qalib gəlib. Yaşı 17-yə qədər olan qızların mübarizəsində isə toplam 133 kq (63+70) çəki və 194.91 xalla Lalə Rzazadə qızıl medala layiq görülüb.

Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir. Birinciliyin keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.

 

Qadınlar – U-15

 

N Ad İl Şəhər/rayon Klub/Cəmiyyət Çəkisi Birdən Təkanla Toplam Xal
1. Mayılova Səma 2004 Xırdalan Zirvə 56.4 59 77 136 191.41
2. Qarayeva Selcan 2005 İsmayıllı Zirvə 45.8 50 65 115 189.32
3. Hüseynova Rahilə 2004 Lənkəran Zirvə 62.5 66 76 142 187.01
4. Muxtarlı Günel 2003 Sumqayıt Zirvə 39.6 41 50 91 170.10
5. Opanasyuk Anna 2003 Lənkəran Zirvə 57.0 53 67 120 167.68
6. İmanova Fazilə 2004 Neftçala Zirvə 51.7 48 58 106 158.72
7. Əliyeva Gülcahan 2004 Şərur Zirvə 47.5 25 42 77 107.08
8. Mirzəzadə Fidan 2004 Bakı Təhsil 60.7 55

 

 

Qadınlar – U-17

 

N Ad İl Şəhər/rayon Klub/Cəmiyyət Çəkisi Birdən Təkanla Toplam Xal
1. Rzazadə Lalə 2001 Lənkəran Zirvə 53.7 63 70 133 194.91
2. Hüseynzadə Fidan 2001 Lənkəran Zirvə 70.0 67 86 153 188.81
3. Fərəcova Şəfa 2001 Lənkəran Zirvə 56.0 48 61 109 154.16

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz