Qadınların mübarizəsində Anastasiya Qotfrid qalib gəldi

Dekabrın 21-22-də Şimal DRES qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək “Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş” ağır atletika üzrə beynəlxalq turnir davam edir. Sayca 16-cı olan turnir olacaq və artıq ikinci dəfə beynəlxalq status daşıyacaq.
Körpücük üzərinə yaşı 17-dən yuxarı olan qadınlar çıxıblar. Birdən-birə 6 ölkənin təmsilçisinin yarışdığı qrupda qızıl medalı Gürcüstan təmsilçisi Anastasiya Qotfrid qazanıb. O, toplam 243 kq (113+130) nəticə və 266.81 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Gümüş medalı toplam 206 kq (94+112) nəticə və 254.84 xalla Natalya Prişepa, bürünc medalı isə Azərbaycan atleti Anastasiya İbrahimli toplam 202 kq (92+110) nəticə və 246.74 xalla əldə edib.
Yarışın keçirilməsində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, Şahbazovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağır atletika idman növünün təbliğ və inkişaf etdirməsi, ən güclü idmançıların aşkar olunması, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.
Yarışın hazırlanması, təşkili və keçirilməsinə ümumi rəhbərlik Azərbaycan Ağır Atletika Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən həyata keçirilir. Turnirin bilavasitə keçirilməsi təsdiq edilmiş baş hakimlər kollegiyasına həvalə olunur.
Bakı şəhərində və regionlarda fəaliyyət göstərən idman təşkilatlarının idmançılarına turnirdə iştirak etmək hüququ verilir. Bununla yanaşı, növbəti dəfə xarici dövlətlərdən dəvət olunmuş idmançıların bu turnirdə iştirak edə biləcəklər. Yarışda Azərbaycanla yanaşı, daha 12 ölkədən ağırlıqqaldıranların çıxışı gözlənilir.
Ağır atletika üzrə turnir
-5 yaş qrupu və Veteranlar arasında keçiriləcəkdir.
Qadınlarda 17 yaşa qədər və 17 yaşdan yuxarı,
-kişilərdə 17 yaşa qədər, 20 yaşa qədər və 20 yaşdan yuxarı olaraq bölünəcək.
Turnir Beynəlxalq Ağır atletika federasiyasının “yarışların təşkili və keçirilməsi qaydaları” na əsasənkeçiriləcəkdir.
-Yarış şəxsi xarakter daşıyır, qaliblər və mükafatçılar hər yaş qrupunda «Sinkler» cədvəlinə görə topladığı xallara əsasən müəyyənləşdiriləcəkdir.
-Hər yaş qrupunda I, II və III yerləri tutmuş idmançılar Azərbaycan Ağır Atletika Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, xatirə hədiyyələri və medallarla təltif olunacaqlar.

N Ad Ölkə          
1. Anastasiya Qotfrid Gürcüstan 90.70 113 130 243 266.81
2. Natayla Prişepa Moldova 70.70 94 112 206 254.84
3. Anastasiya İbrahimli Azərbaycan 72.30 92 110 202 246.74
4. Büşranur Dalmızrak Türkiyə 64.80 84 101 185 241.35
5. Qretxen Vilya ABŞ 49.20 60 80 140 224.62
6. Marina Ohman İsrail 65.80 81 90 171 220.92
7. Gülçin Əlizadə Azərbaycan 48.80 55 65 120 193.89
8. Əhmədova Ləman Azərbaycan 57.20 55 70 125 177.79
9. Siracova Şəbnəm Azərbaycan 48.40 45 55 100 162.73
10. Məmmədova Xumar Azərbaycan 83.90 55 71 126 142.86

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz