May ayının 13-15-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir.
Yaşı 17-yə qədər olan atletlərdə 61 kq çəki dərəcəsində fərqlənənlərin adları məlum olub. Toplam 218 kq (98+120) nəticə ilə Qazax idmançısı Qasım İsmayılov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Toplam 185 kq (85+100) nəticə ilə Emil Quliyev gümüş, toplam 166 kq (76+90) nəticə ilə Əmrah Osmanov bürünc medal qazanıb.
Oğlanlar. U-17. 61 kq.
N | Adı | İl | Ölkə/Şəhər | Klub | Çəkisi | Birdən | Təkanla | Toplam |
1. | Qasım İsmayılov | 2005 | Qazax | UGİM | 60.3 | 98 | 120 | 218 |
2. | Emil Quliyev | 2006 | Bakı | Təhsil | 59.8 | 85 | 100 | 185 |
3. | Əmrah Osmanov | 2005 | Qazax | Göyəzən | 57.3 | 76 | 90 | 166 |
4. | Tofiq Abdullazadə | 2005 | Lənkəran | Təhsil | 57.8 | 70 | 92 | 163 |
5. | Möbət Hacıyev | 2006 | Lənkəran | UGİM | 59.5 | 70 | 92 | 162 |
6. | Nurlan Mustafayev | 2006 | Qazax | UGİM | 60.3 | 74 | 86 | 160 |
7. | Yusif Arzumanov | 2006 | Bakı | Neftçi | 59.9 | 70 | 85 | 155 |
8. | Kamran Qasımov | 2006 | Cəlilabad | AAİK | 55.8 | 68 | 80 | 148 |
9. | Ömər Allahverdiyev | 2005 | Şamaxı | AAİK | 57.1 | 67 | 75 | 142 |
10. | Azər Mənsimov | 2006 | Sumqayıt | Təhsil | 57.5 | 58 | 70 | 128 |
11. | Firat Lalayev | 2005 | Qazax | UGİM | 59.9 | 50 | 65 | 115 |
12. | Arzuman Pirvəliyev | 2006 | Qazax | UGİM | 60.3 | 45 | – | – |
13. | Elvin Aslanov | 2006 | Şəki | AAİK | 58.0 | 40 | 0 | – |