19-25 oktyabr tarixlərində Malayziyanın Penanq şəhərində Yeniyetmələr arasında ağır atletika üzrə 6-cı dünya birinciliyi keçiriləcək. Yarışda yüzdən çox ölkədən 370 atlet (155 qadın, 215 kişi) mübarizə aparacaq. Birincilikdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar.
Artıq ilk təmsilçimiz mübarizəyə qoşulub. Sentyabrın 9-17-də Polşanın Novı Tomısl şəhərində yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlanlar atletlər arasında Avropa birinciliyində bürünc medala sahib çıxan Rüstəm Qasımov 50 kq çəki dərəcəsinin B qrupunda yarışıb. “Lənkəran-Zirvə” təmsilçisi birdən qaldırma hərəkətində 76 kq, təkanla qaldırma hərəkətində isə 92 kq-ı ram edib. Toplam 168 kq (76+92) nəticə ilə Rüstəm bu qrupda 3-cü, yekun sıralamada isə 13-cü yeri tutub.