
Məhsulda nə olduğundan əmin deyilsinizsə, onu qəbul etməyin. Bilməzlik heç zaman izn deyil.
Kontaminasiya edilmiş məhsulların məsələsi yeni 2015-ci il ÜADA Məcəlləsində tanınmışdır. Əgər idmançı qeyri-əhəmiyyətli xəta yaxud səhlənkarlığını sübut edə bilsə, sanksiyalar töhmətdən başlayaraq maksimum 2 illik diskvalifikasiyaya qədər ola bilər.
Əlavələrin Təhlükələrinin İdarə edilməsi
Siz hər hansı qida əlavəsi məhsulunu qəbul etməzdən əvvəl İnternet vasitəsilə hərtərəfli ARAŞDIRMALISINIZ.
Bu İnternet axtarışına məhsulun adı və göstərilmiş inqridiyentlər/maddələr daxil olmalıdır.
Nəticə kimi əldə olunmuş məlumat əlavə araşdırılmalıdır və biz idmançılara öz araşdırmalarının dəlillərini saxlamağı tövsiyə edirik.
Ekran şəkilləri çəkilməli və nəticələr qovluqda saxlanılmalıdır. Bütün saxlanılmış məlumatın ehtiyat nüsxəsi çıxarılmalıdır.