Qızıl medalçılar təəssüratlarını AAAF TV ilə bölüşdülər

İyul ayının 27-28-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçiriləcək 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyində ikinci yarış gününə start verilib. İlk olaraq yaşı 15-ə qədər olan oğlanlarda çəkisi 67, 73 və 81 kq-a qədər olan atletlər körpücük üzərinə qalxıblar. 67 kq çəki dərəcəsində toplam 230 kq (105+125) nəticə ilə Nurlan Məmmədzadə, 73 kq çəki dərəcəsində toplam 200 kq (90+110) nəticə ilə Əbdülmətin İsmayılov, 81 kq çəki dərəcəsində isə toplam 201 kq (88+113) nəticə ilə Zaur Hüseynov qalib adını qazanıblar.

Qaliblər yarış barədə təəssüratlarını AAAF TV ilə bölüşüblər:

 

Paylaş
Şərh yaz