Rəhman Kazımov: “Çox həyəcanlı keçən yarışda qızıl medal götürməyimə sevindim”

8-16 mart tarixlərində ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında dünya birinciliyində +102 kq çəki dərəcəsində təkanla qaldırma hərəkətində qızıl medal qazanan Rəhman Kazımov möhtəşəm nailiyyət əldə edib. O, federasiyanın rəsmi saytına açıqlama verərək qazandığı uğuru şərh edib, hisslərini bölüşüb:

“Yarış çox həyəcanlı keçdi. Dünya birinciliyinə 3-cü yeri götürmək ümidiylə getmişdim. Amma şükürlər olsun ki, 1-ci yeri götürə bildim, qələbə qazandım. Ümid edirəm ki, gələcəkdə mənim sevincimdən bütün idmançılarımız da yaşayarlar, biricniliklərini qeyd edərlər. Milli komandanın məşqçi heyəti, həmçinin şəxsi məşqçim Turan Abdullayevə təşəkkürlərimi bildirirəm. İnşallah, bundan da böyük nailiyyətlər mənə nəsib olar”.

Paylaş
Şərh yaz