Rəhman Mərdəliyev Avropa birinciliyində qüvvəsini sınadı

15-24 iyun tarixlərində Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyinə start verilib. 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılıb.
Bu gün onlardan daha biri – Rəhman Mərdəliyev körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan atletlər arasında 49 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
İdmançımız 138 kq (60+78) nəticə ilə yekun sıralamada 9-cu yeri tutub.
Paylaş
Şərh yaz