Rahilə Hüseynzadə Avropa birinciliyində çıxış etdi

26 iyul – 3 avqust tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Yarışda 34 ölkədən 394 atlet (187 qadın və 207 kişi) iştirak edir. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulurlar.

Bu gün onlardan Rahilə Hüseynzadə körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan atletlər arasında 87 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Toplam 192 kq (84+108) nəticə göstərən Rahilə Hüseynzadə yekun sıralamada 7-ci yeri tutub.

Paylaş
Şərh yaz